ABŞ: Bəşar Əsədin süqutundan sonra da Suriyanı tərk etməyəcəyik

ABŞ: Bəşar Əsədin süqutundan sonra da Suriyanı tərk etməyəcəyik

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Bəşar Əsəd hakimiyyətinin devrilməsindən sonra da Suriyadakı hərbi qüvvələrinin qalacağını deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Con Fayner bu gün (11 dekabr) Reutersə müsahibəsində deyib: ABŞ hərbi qüvvələrinin Suriyadan çıxma məsələsi gündəmdə deyil. Çünki ABŞ hərbçilərinin bu ölkədə olmasının xüsusi səbəbi var və onların Suriyadan çıxma məsələsi gündəmdə ola bilməz.

Con Fayner həmçinin Suriyada İŞİD-la mübarizə etdiyini iddia edib. Amma 2020-ci ildə Donald Tramp Amerika hərbçilərinin Suriyada olma səbəbinin sırf neft resursları olduğunu vurğulamışdı.

Fayner əlavə edib: ABŞ qüvvələri on ildən çoxdur ki, Suriyada İŞİD-la mübarizə aparır. Biz bu vəzifəmizə davam edəcəyik.

Related posts

Qanımızın hər damcısı ilə əhd bağlamışıq ki, sona qədər xalqın yanında qalaq və heç vaxt meydanı tərk etməyək.

Yəmənin hipersəs raketlər ilə işğalçı rejimin Hərbi Nazirliyinə uğurlu hücumu

Roma Papası: Fələstinlilər üçün humanitar vəziyyət utandırıcıdır