ABŞ 11 yəmənli məhbusu Quantanamodan Omana ekstradisiya etdi

ABŞ 11 yəmənli məhbusu Quantanamodan Omana ekstradisiya etdi

Pentaqon ABŞ dövlətinin Quantanamo həbsxanasından 11 yəmənli məhbusu Omana ekstradisya etdiyindən xəbər verib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata görə, Pentaqon dünən (7 yanvar) elan edib: Bu məhbuslar heç bir ittiham olmadan və həbs qərarı verilmdən Qurantanmo həbsxanasındadır və onların Omana ekstradisya edilməsi barədə qərar verdik.

ABŞ hakimiyyəti onların azadlığa buraxılmasını bir neçə il əvvəl mümkün hesab etsə də, Yəməndə davam edən vətəndaş müharibəsi səbəbindən bu baş tutmayıb.

Co Bayden administrasiyası seçilmiş prezident Donald Tramp vəzifəyə başlamazdan əvvəl məhbusların sayını azaltmağa çalışdığı üçün son həftələrdə Quantanamodan köçürmələr çoxalıb. Buna görə də Quantanamoda indi cəmi 15 məhbus qalıb ki, bu da həbsxananın 22 illik tarixində ən kiçik rəqəmdir.

Ümumilikdə Quantanamodan 780 nəfər keçib. 2023-cü ilin fevralında Pentaqon iki Quantanamo məhbusunun Pakistana qaytarıldığını elan edib.

Quantanamo həbsxanası ABŞ hakimiyyəti tərəfindən müxtəlif cinayətlərdə, xüsusən də terrorizmdə və düşmən tərəfində müharibə aparmaqda ittiham olunan şəxslər üçün düşərgədir. O, eyniadlı şəhərdən 30 km məsafədə, Quantanamoda (Kuba) qeyri-müəyyən müddətə icarəyə götürülmüş ABŞ hərbi dəniz bazasında yerləşir.

Related posts

Ənsarullah lideri: FÖT işğalçı rejimin şərikidir

Cozef Aun Livanın yeni prezidenti seçildi

Livan parlamenti prezident seçkiləri barədə iclasa start verdi