ABŞ əsgərləri arasında intihar faizinin artması

Qafqaztimes xəbər verir ki, Pentaqon orduda intiharla bağlı illik hesabatında 2020 -ci ildə 580 əsgərin intihar etdiyini, bu rəqəmin son beş ildə əsgərlər arasında 41,4% artdığını söyləyib.

Bu hesabat 2020-ci ildə sıravi əsgərlər arasında intihar nisbətinin bir əvvəlki ilə nisbətən 9.1%, 2018-2020 -ci illər arasında isə təxminən 15.3% artım olduğunu göstərir. Hesabatda həmçinin 2020-ci ildə ehtiyat qüvvələr arasında intihar nisbətinin təxminən 19.2 faiz, Milli Qvardiyada 31.7 faiz artdığı bildirilir.

Keçən il ərzində aktiv, ehtiyat və Milli Qvardiyanın 580 əsgəri intihar edib ki, bu hər 100.000 nəfərdən 28 deməkdir. ABŞ müdafiə naziri Lloyd Austin bu hesabat barədə deyib: “Nəticələr narahatlıq doğurur. Əsgərlərimiz və ailələri arasında intihar nisbəti hələ də çox yüksəkdir.

Yüksək intihar amillərini açıqlayan Pentaqon, orduda həyat şəraitinə görə stress faktorlarını göstərmişdi. Bir neçə ay əvvəl Müdafiə Nazirliyi rəsmisi, intihar nisbətinin yüksəlməsinin başqa bir səbəbi olaraq, əsasən Çinin artan nüfuzu səbəbiylə, komandirlərin daha çox qüvvə cəlb etmək üçün artan tələblərini göstərmişdir.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?