AB sionistlərin Məscidül Əqsaya hücumlarını qınadı

Avropa Birliyi sionist rejimin Məscidül Əqsaya son hücumlarından narahatlığını bildirərək iğal olunmuş Fələstindəki müqəddəs məkanlara hörmətlə yanaşılmasının zəruriliyini vurğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, işğalçı sionist rejimin Fələstində müqəddəs məkanlara hücum edərək ibadət edənlərə qarşı kobudluğu Avropa İttifaqı rəsmilərinin də reaksiyalarına səbəb olub.

Avropa İttifaqı komissiyasının mətbuat katibi Peter Stano bu gün (6 aprel) bu hücumları qınayaraq deyib: Biz Fələstində müqəddəs məkanlardakı hüquqi vəziyyətin qorunmasını tələb edirik.

Əl Cəzirə telekanalı Peter Stanonun bu çıxışından sitat gətirərək deyir: İsrail hərbçilərini Məscidül Əqsaya hücumlarından çox narahatıq. Aİ İsraildə və işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı araşdırmalar aparır.

Fələstin İslami Müqavimət Təşkilatı da eyni zamanda elan edib: İşğalçılar məzhəbi müharibə məqsədi ilə Məscidül Əqsaya hücum edib.

Həmas sözçüsü vurğulayıb: İşğalçıların Məscidül Əqsa daxilində vandallıqları beynəlxalq qanunlara zidd bir rəftardır.

İslami Cihad Müqavimət Hərəkatı siyasi bürosunun üzvü Məhəmməd Əl hindi isə deyib: Xalqımız İsrailin bu hücumlarına cavab verəcək.

Qeyd edək ki, bu gün səhər tezdən (6 aprel) fələstinli müqavimət dəstələri Məscidül Əqsa və digər işğal olunmuş torpaqlarda sionist hücumlarına etiraz əlaməti olaraq küçələrə axışıblar. Xəstəxana informasiya qaynaqları İordan çayının qərb sahili ərazilərində də sionistlərlə fələstinlilər arasında qarşıdurma nəticəsində yaralıların çoxaldığından xəbər verirlər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir