BMT baş katibi Antoni Quttereş Əl-Cəzirə telekanalı ilə müsahibəsində Fələstin məsələsinin yalnız sülh yolu ilə həll oluna biləcəyini vurğulayaraq deyib: Başqa bir versiya yoxdur.
Fələstin müqavimətini rəsmi surətdə tanımaqdan boyun qaçıran A.Quttereş iddia edib ki, iki dövlətin həll edəcəyi mövzu işğalçılığa son qoymaqdır və BMT qətnamələrinin təkidlərinə baxmayaraq heç kim bunu icra etmir.
Quttereş həmçinin əlavə edib: Fələstinlilər cəhənnəm əzabı çəkir, onların həyatı təhlükə altındadır və Qəzzədə isə vəziyyət daha acınacaqlıdır.
BMT baş katibi sonra deyib: Sisyasi fikirləri və söz azadlığına görə heç kəs həbs olunmamalıdır.
Qeyd edək ki, sionist rejimin işğalçı xarakteri, Fələstin torpaqlarını qəsb etməsi məsələsi heç kəsdən gizlik deyil. Halbuki Fələstin fələstinlilərindir və sionistlər işğalçılığa davam edirlər.