9 nömrəli məktəbdə qəribə hadisə: Lövhələrə qıfılı vurulub – FOTO

Son zamanlar orta məktəblərdə yaşanan qalmaqallı hadisələrin ardı-arası kəsilmir.

Müəllim-şagird münasibətləri, məktəb direktorunun rəhbərlik etdiyi məktəbə qarşı biganəliyi, hətta dərs bölgüsü üstündə söz-söhbətlər artıq adət halını almışdır. Bəzən elə olur ki, qalmaqal dolu davranışların birbaşa səbəbkarı məhz məktəb direktorlarının özləridir.
Bu dəfə Xırdalan şəhər 9 nömrəli məktəbin rəhbərliyi arasında hökm sürən özbaşınalıqlar yayılıb.

Belə ki, direktor və muavinlərin əslində 12 saat dərs demə hüquqlarından sui istifadə edərək dərs bölgüsündə adlarında 12 saat yazılsa da qeyri-qanuni olaraq iki sinif idarə edirlər.

İbtidai siniflər üzrə direktor müavinləri olan Nigar Səlimxanova 4ç sinfinin, Cəfərova Kəmalə isə 4b sinifinin rəhbəri və 0h sinifinə ( Məktəbə qədər hazırlıq) dərs deyir. Yəni direktor müavini qanuna müvafiq 12 saat dərs tədris etməlidirsə necə olur ki, 0h sinifinə (Məktəbə qədər hazırlıq) də əlavə dərs tədris edir? Deməli kart dəyişikliyi edərək əmək haqlarını alırlar. Qanunla 12 saat yazdırıb, amma 36 saatın pulunu alır.
Xırdalan 9 nömrəli məktəbdə pul yeyintisi ilə yanaşı həm də lövhə davası gedir. Sinifə dərs tədris etməyə gələn müəllim özü lövhə gətirməlidir.

Bu qanunu isə məktəbdə direktoru Həcər İbrahimova qoyub.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO