9 milyona aldı, 100 milyona satır: Xizək kurortunda rekord qiymətə ev – FOTO

ABŞ-ın Kolorado ştatının Aspen şəhəri yaxınlığındakı dağ silsiləsindəki beş evdən biri 100 milyon dollara satışa çıxarılıb

Sahəsi 1,3 min kv.m olan malikanə 1979-cu ildə tikilib və uzun müddət detroytlu sahibkarı Joel Tauberə məxsus olub. O, evi 1996-cı ildə 9 milyon dollardan bir qədər çox qiymətə alıb.

Üç mərtəbəli evdə üç kamin, idman zalı, yemək otağı, oyun otağı, bar, ofis, açıq terras və çoxlu avadanlıqların olduğu xizək otağı var. Villa müasir incəsənət əsərləri ilə birlikdə tam əşyalı satılır. Evə çatmaq üçün liftdən istifadə etmək tələb olunur.

Ev 2015-ci ildə təmir olunub. O, 100 milyon dollara satılarsa, bu, regionda ən böyük daşınmaz əmlak sövdələşməsi olacaq.

Hazırki rekord Aspendə 72,5 milyon dollara satılan malikanəyə məxsusdur.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi