81 edam və 1 Abramoviç!!

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Britaniya hökuməti Rusiya prezidenti Putinlə isti münasibətlərinə görə Çelsi futbol komandasını Abramoviçdən müsadirə etdi. Putini Ukraynaya hərbi müdaxilədə ittiham edən London Yəmənə hərbi müdaxilə edən Səudiyyə Ərəbistanını silahlandırır. Eyni zamanda Ərəbistan vəliəhdi Bin Salmana məxsus Ərəbistan Suveren Fondu Britaniyanın Nyukasl futbol komandasının sahibidir. Abramoviç Çelsini 140 mln funt sterlinqə alıb və 2 mlrd funt sonradan xərcləyib. Nəticədə komanda sıfırdan 5 dəfə İngiltərə çempionluğu səviyyəsinə yüksəlib. İndi isə Abramoviçin aktivləri dondurulur, oliqarx Çelsini satmaq hüququndan da məhrum edilir. Nyukaslın sahibi Bin Salman isə ötən həftə 81 müxalifin boynunu vurub! Ərəbistan Yəməni bombalamaqla rəsmən qətliama məşğuldur. Human Rights Watch Bin Salmanın hərbi cinayətlərinin araşdırır. Yəməndə 5 il müharibə ərzində 130 min insan həlak olub. Britaniya Ərəbistana 10 mlrd funtluq Typhoon və Tornado təyyarəsi, Paveway bombaları, Brimstone və Storm Shadow raketləri satıb. Londonun ikili standartı, sadəcə riyakarlığı zaman keçdikcə dərinləşir.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək