72 gün aclıq – Şeyx Adnanın şəhidlik təhlükəsi

Haqsız həbsinə 72 gündür etiraz əlaməti olaraq aclıq elan edən İslami Cihad Hərəkatı rəhbərlərindən olan Şeyx Adnanın vəziyyəti ağırdır.

Əl Aləm telekanalının məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatı rəhbəri Şeyx Adnan fevralın 3-də haqsız yerə həbs edildiyinə etiraz edərək aclıq elan edib və bu gün 72 gün aclıqdan sonra vəziyyəti çox ağırlaşıb.

Məlumatda sionist İsrail rejiminin onun etirazına etinasız qaldığı bildirilir.

Şeyx Adnan hər hansı bir qida və tibbi müdaxilədən imtina edir və şəhid olana qədər etirazınan əl çəkməyəcəyini vurğulayır.

Şeyx Adnanla ötən həftə görüşdən olan məlumata görə sionist rejim hələ də onu kameralarla təchiz olunmuş karsda saxlamasından əlavə, məmurlar hərdənbir gəlib onun otağını yoxlayırlar.

Şeyx Adnan fevralın 3-də elə həbs olunan kimi aclığa başlayıb. Bununla belə dözülməz işgəncələrə məruz qalıb.

Vəziyyətinin ağırlaşmasına rəğmən sionist həbsxnası onu heç bir tibbi mərkəzə göndərmir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur