70 yaşlı “xaç atası” poçt şöbələrini qarət etdi

İtaliya polisi üzvlərinin yaşı 51-76 arası olan cinayətkar qruplaşmanın üzvlərini  saxlayıb.

Məlumata görə, qrup altı nəfərdən ibarət olub, onlar poçt şöbələrini qarət ediblər.

Qeyd olunub ki, cinayətkar qrupun rəhbəri 1990-cı illərdə Romanın mərkəzində yerləşən banklardan birini qarət edərək məşhurlaşan 70 yaşlı İtalo De Vittidir.

2023-cü ilin mayında cinayətkar qrup Romadakı poçt şöbələrindən birinə basqın edərək oradan 195 min avro oğurlayıblar.

Dəstə üzvləri 2023-cü ilin noyabrında başqa bir poçt şöbəsindən 150 min avronu oğurlamağa cəhd etdikdən sonra saxlanılıblar.

İstintaq nəticəsində İtalo De Vitti və onun iki şəriki dörd il müddətinə azadlıqdan məhrumetməyə məhkum olunublar.

Cinayətin törədilməsinə şərait yaratmaqda təqsirləndirilən daha üç dəstə üzvü barəsində müxtəlif cəza tədbirləri həyata keçirilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi