70 metr hündürlükdən yıxıldı, bananların sayəsində sağ qaldı – FOTO

Tailandın Phetçabun əyalətində yerli turist təsadüfən müşahidə qülləsindən yıxılıb.

O, üzərinə düşdüyü banan yarpaqları və qalın otlar sayəsində sağ qalıb.

Hadisə asiyalı turistlərin sevimli təbii attraksionu olan Phu Thap Burk Parkının müşahidə qülləsində baş verib.

Adı açıqlanmayan yerli səyyah yanında dayanan yeniyetmədən onun mənzərəli fonda şəklini çəkməsini xahiş edib. Kişi mükəmməl yer axtararkən büdrəyərək 70 metrlik qayadan yıxılıb.

Hadisənin şahidləri bu barədə dərhal xilasedicilərə məlumat veriblər. Çətin əraziyə baxmayaraq, fövqəladə hallar xidməti qəza yerinə tez gəlib və səyahətçinin sağ qaldığını, ciddi xəsarət almadığını görəndə təəccüblənib.

Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, əlavə müayinə üçün xəstəxanaya göndərilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi