70 Amerika və İsrail xüsusi təyinatlısı Yəmənə girdi və ilk dəqiqədə hamısı öldürüldü – Ətraflı

Qafqaztimes xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri ABŞ və sionist rejimin onlarla komando və xüsusi qüvvələrinin Yəməndə yəmənli döyüşçülərin pusqusunda öldürüldüyünü açıqlayıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş müşaviri polkovnik Duqlas Makqreqor televiziyaya müsahibəsində bildirib ki, bu yaxınlarda 70 Amerika və İsrail xüsusi təyinatlısı Yəmənlilərə qarşı əməliyyatlar keçirmək üçün ölkəyə daxil olub, lakin ilk dəqiqələrdə yəmənli döyüşçülər və Ənsarullah tərəfindən pusquya salındılar və hamısı öldürüldü.

Bu hərbi komandir və amerikalı veteran daha sonra iddia edib ki, “Amerika və İsrail xüsusi təyinatlıları Rusiyanın casus peykləri tərəfindən izlənilib və Moskva onların məlumatlarını İrana verib, İran da Yəmən qüvvələrini məlumatlandırıb”.

Mehr

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur