7 ay müharibədən sonra həyata keçməyən Netanyahu xülyası

Qəzzə müharibəsinin 7 aydır davam etdiyini nəzərə alaraq sionist rejim baş naziri Benyamin Netanyahu hələ də zəfər xülyasındadır.

İRNA-nın Əl Cəzirə telekanalına istinadən verdiyi məlumata əsasən,  Benyamin Netanyahu bu gün (16 aprel) deyib: İran Həmas və digər müttəfiqlərinə dayaq olsa da biz bütün cəbhələrdə özümüzü müdafiə etməyə qadirik.

Amma Netanyahu müharibənin əvvəlində Həması tammailə məhv edəcəyini və girovların tezliklə azad olunacağı barədə söz vermişdi. Bununla belə, bu 7 ay ərzində heç bir məqsədinə çatmamaqdan əlavə, hələ də Qəzzədə ilişib qalıb.

Qeyd edək ki, bundan əvvəl Həmas siyasi bürosunun üzvü İzzət Əl Rişq Qəzzədə daimi atəşkəsin sionist rejimin soyqırımını dayandırması təqdirində mümkün olduğunu vurğulamışdı.

İzzər Əl Rişq bildirib ki, HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraillə dialoqda güzəştə getməyəcək və bu ölkənin ordusunun Fələstin anklavından tamamilə çıxarılması tələbindən əl çəkməyəcək.

Onun sözlərinə görə, Fələstin xalqının müdafiəsi üçün yeganə təminat tam atəşkəsdir. HƏMAS “(İsrail hərbi qüvvələrinin) Qəzzadan tamamilə çıxarılması və köçkünlərin anklavın şimal bölgələrinə sərbəst qayıtması zərurəti məsələsində” hər hansı güzəştə getməkdən imtina edir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir