Ənsarullah xəbərdarlıq etdi: BƏƏ-də investisiyaların dəyəri sıfıra enəcək

QafqazTimes xəbər verir ki, Yəmənin “Ənsarullah” hərakatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxiti bu bazar ertəsi “Yəmən Fırtınası 2 əməliyyatından sonra deyib: “BƏƏ Yəmən müharibəsini tərk etmək tövsiyəmizə məhəl qoymadı.”

“Əl-Məyadin” telekanalına müsahibəsində o, BƏƏ-dəki investorlara BƏƏ-ni tərk etməyi tövsiyə edib. Onun sözlərinə görə bu ölkə artıq təhlükəsiz deyildir.

Əl-Bəxiti eləcə də BƏƏ-nin artıq bir döyüş meydanına çevriləcəyini və BƏƏ-də investisiyaların dəyərinin sıfıra çatacağını vurğulayıb.

O, əlavə edib ki, BƏƏ Yəmən müharibəsinə müdaxilə etdikdən sonra artıq regionda neytral nöqtə deyildir. Bu ölkə ibrət almadı və öz maraqlarına uyğun addım atmadı.

Əl-Bəxiti vurğulayıb ki, Yəmən silahlı qüvvələri BƏƏ-ə geri çəkilmək şansı vermək üçün Səudiyyə Ərəbistanından fərqli olaraq, BƏƏ-yə qarşı daha çox səbirli olub. Yəmənə olan hücumların arxasında ABŞ və İsrail dayanır. Səudiyyə Ərəbistanı və BƏƏ isə onlar üçün alətdirlər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya