65 günlük aclıq aksiyasında bir Fələstinli əsirin qələbəsi

Qafqaztimes xəbər verir ki, Fələstinli əsirlərin işi üzrə komissiyanın məlumat bürosu, Fələstinli əsir Əl-Qəzənfər Əbu Ətəvanın sionist rejimə qarşı 65 günlük mübarizəsindən sonra sərbəst buraxıldığını bildirib.

Əl-Məyadin telekanalının məlumatına görə, Fələstinli vəkil Cavad Bulos da Əbu Ətəvanın inzibati həbsinin ləğv edildiyini və dünən gecə onun sərbəst buraxıldığını təsdiqləyib.

Sionist rejimi, 2020-ci ilin oktyabrında 28 yaşlı Fələstin vətəndaşı olan Əbu Ətəvanı həbs etmiş, statusunu inzibati həbs olaraq dəyişdirərək onun haqqında hər biri altı aylıq olmaqla 2 dəfə qanunsuz həbs qərarı vermişdi. O isə inzibati həbsinə etiraz olaraq 5 Maydan etibarən aclıq aksiyasına başlamışdı.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır