62 yaşlı kişi 217 dəfə COVID peyvəndi vurdurdu

Almaniyada 62 yaşlı kişi 217 dəfə COVID peyvəndi vurdurub.

Bu barədə “Lancet” infeksion xəstəliklər jurnalında yazı dərc olunub.

Məlumata görə, peyvəndlər 29 aylıq bir müddətdə özəl klinikalarda vurulub və Erlangen-Nurember Universitetinin tədqiqatçıları kişidə heç bir problem olmadığını bildiriblər.

“Bu barədə qəzetlərdən xəbər tutduq. Sonra onunla əlaqə saxladıq və Erlangendə bəzi müayinələrdən keçirmək istədiyimizi dedik. Böyük maraq göstərdi”, – deyə mikrobiologiya üzrə mütəxəssis Kilian Şober qeyd edib.

“Biz tədqiqat apardığımız əsnada o, öz təkidi ilə yenidən COVID peyvəndi etdirdi. Daha sonra ondan götürdüyümüz analiz nümunələrindən immun sisteminin peyvəndlərə reaksiyasını tam müəyyən etmək üçün istifadə etmək imkanımız oldu”, – deyə Kilian Şober əlavə edib.

Mütəxəssislər həddən artıq peyvəndi məsləhət bilmədiklərini, məsələ ilə bağlı apardıqları testlərin ümumi nəticə çıxarmaq üçün kifayət etməyəcəyini vurğulayıblar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi