Trampın ABŞ birjasına 5.4 trilyon dollarlıq ziyanı

🔹ABŞ prezidenti Donald Trampın beynəlxalq ticarətə ağır gömrük rüsumları tətbiq etmək qərarı bazarı güclü şəkildə təsirlədi və son iki gündə birjanın dəyəri 5.4 trilyon dollar azaldı.

🔹Çinin Trampın gömrük müharibəsinə 34% rüsumla cavab verməsindən sonra dünyada iqtisadi resesiya ehtimalı ilə bağlı narahatlıqlar artdı.

🔹S&P 500 indeksi cümə günü əlavə 6% aşağı düşdü. Bu göstərici bir gün əvvəl də 4.8% eniş qeyd etmişdi və beləliklə, bir həftə ərzində ümumi 9.1% düşüş yaşadı.

🔹Bu, S&P 500 indeksinin COVID pandemiyasının qüvvədə olduğu 5 il əvvəlki dövrdən bəri görülən ən böyük həftəlik enişdir.

🔹Financial Times-ın hesablamaları və FactSet məlumatlarına görə, bu düşüş bazarın dəyərini 5.38 trilyon dollara qədər azaltdı.

🔹Bu maliyyə qarışıqlığı, Trampın çərşənbə günü bütün idxal olunan mallara 10% rüsum və bəzi ölkələrə qarşı qarşılıqlı ağır gömrük vergiləri tətbiq edəcəyini elan etməsindən sonra başladı.

Qafqaztimes

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib