50 ölkədən 10 min İŞİD-çi məhbus!

QafqazTimes.com FNA-ya istinadən xəbər verir: Suriyanın Əl-Həsəkə həbsxanasında 50 ölkədən 10 min məhbusun saxlanması xəbəri bir daha təsdiqlədi ki, İŞİD-in  regiona hakim edilməsi üçün dünya miqyasında səfərbərlik aparılıb. İŞİD-i dəstəkləyən ABŞ hətta Suriya və İraq həbsxanalarındakı terrorçuları qaçıraraq Deyrəzzurda yerləşdirib. İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim Əl-Ərəci son tvitində yazır: NATO münayəndələri, Danimarka, Norveç, İsveç səfriləri ilə görüşdə tələb etmişik ki, Avropa ölkələrinin terrorçu vətəndaşları mühakimə edilməlidir. Hazırda Suriyanın şimal-şərqində Əl-Həsəkədə Suriya Demokratik Qüvvələrinin  həbsxanalarında 50 ölkədən 10 min məhbus var.   Suriyanın Əl-Hol düşərgəsində İŞİD üzvlərinin ailələrindən 70 min qadın və uşaq yerləşib. Xarici ölkələr öz vətəndaşlarını təhvil almalıdırlar.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya