5 il ərzində ABŞ polisi tərəfindən 400 silahsız insanın qətlə yetirilməsi

Qafqaztimes xəbər verir ki, Amerika mediasının araşdırmasının nəticələri göstərir ki, son 5 ildə ABŞ yol polisi tərəfindən odlu və ya soyuq silaha malik olmayan və zorakılıq cinayətləri törətməkdə şübhəli bilinməyən 400-dən çox Amerika vətəndaşı qətlə yeririlib.

Bununla belə, New York Times qəzeti qeyd edir ki, bu polislərdən yalnız beşi belə qətllərə görə məhkum edilib. Bir çox hallarda avtomobillər işıqforun qırmızı işığından keçmək kimi çox yayılmış qayda pozuntularına görə saxlanılıb.

New York Times qəzetinin başqa bir qənaəti cəmiyyətdəki əhali sayına görə qaradərili sürücülər üçün bu cür qətllərin nisbətinin daha yüksək olmasıdır. Bundan əlavə, adətən qaradərili sürücülərin saxlandığı qanun pozuntuları daha kiçik və əhəmiyyətsiz olur.

Qəzet bu qətllərə görə amerikalı zabitlərin oxşar əsaslandırmalarına istinad edərək yazır: “Bu işlərin hər birində zabitlər bildiriblər ki, onlar bu addımı həyatları üçün təhlükə hiss etdiklərinə görə atmışlar. Onu da qeyd edək ki, prokurorlar da silahsız sürücülərin öldürülməsini hüquqi cəhətdən əsaslandırılmış hesab etmişlər.”

Related posts

Netanyahunu görən olub? ))

Tarixi Palmira dağıdılır…

Hizbullahın yüksək rütbəli komandirinin qızına təvazökar cavabı