475 milyon km yol gedən zond Marsın ilk xəritəsini təqdim etdi – FOTO

Çin alimləri Marsın bütün səthinin ilk xəritəsini təqdim ediblər. Bunun üçün alimlər  “Tyanven-1” kosmik zondu tərəfindən toplanan məlumatlardan istifadə ediblər.

Fotolar Çin Milli Kosmik İdarəsi və Çin Elmlər Akademiyası tərəfindən Hefeydə keçirilən birgə mərasimdə təqdim edilib.

Qeyd edilir ki, panoramlar 2021-ci ilin noyabrından 2022-ci ilin iyuluna qədər zondun Marsda çəkdiyi 14 757 şəkildən yaradılıb. Qurğu 2021-ci ilin fevralında Marsın orbitinə çıxmazdan əvvəl təxminən 475 milyon kilometr məsafə qət edib və trayektoriya üzrə bir neçə manevr edib.

Bu, Çinin Qırmızı Planeti araşdırmaq üçün ilk proqramıdır və 2022-ci ildə başlayıb. Həmin vaxt Marsa orbit aparatı və “Çjujun” roveri ilə eniş platforması buraxılıb.

Elmi proqramın növbəti mərhələsi Marsda relyef formalarının tədqiqi olacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi