Netanyahunun şərtlərinə Həmas nə cavab verir?

Qafqaztimes xəbər verir ki, Duhada baş tutan atəşkəs danışıqları ərəfəsində Həmas lideri deyib: “Bu Hərəkat Qəzzədə atəşkəs danışıqları ilə bağlı yalnız müqavimətin qoyduğu şərtlərə əməl edəcək, İsrailin baş naziri Benyamin Netanyahu öz mövqeyində israr etsə belə!”

Əl-Cəzirənin məlumatına görə, Həmas hərəkatının liderlərindən biri olan “Mahmud Mərdavi” çərşənbə günü Əl-Cəzirə şəbəkəsi ilə söhbətində deyib: “İsraillilər Qəzzədə cinayət törətdikləri üçün çoxlu daxili və beynəlxalq təzyiq altındadırlar. lakin onillərdir ki, biz bu vəziyyətdəyik, Fələstin xalqı və onun rəhbərliyi arasında fədakarlıq zirvədədir. Bu bizim xalqın yoludur və işğalçı rejim bu məsələdən çox qıcıqlanır”.

Həmas rəsmisi bildirib ki, “İşğalçı ordu, təhlükəsizlik agentlikləri, partiyalar və müxalifət hamısı Qəzzədə müharibənin dayandırılmasını istəyir, lakin yalnız baş nazir Benyamin Netanyahu müharibəni davam etdirmək istəyir və müharibəni dayandırmaq və atəşkəs üçün olan bütün təzyiqlərə məhəl qoymur”.

Alalam

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Qəzza Qəssabı dünyanı xilas edəcək?