40 illik əsarətin azad Mahir Yunusu

Sionist rejim həbsxanasından yeni azadlığa çıxmış fələstinli Mahir Yunus əsirlərə qarşı amansız rəftarları vurğulayaraq yeni nazirlər kabinetinin yeni layihəsinin əsirlərə divan tutacağı barədə xəbərdarlıq edib.

Mahir Yunus Əl-Aləm telekanalı ilə müsaahibəsində deyib: Əlaqədar orqanlardan sionist rejim həbsxanalarında əsirlər barədə ciddi tədbirlər görməsini tələb edirəm.

Fələstinli əsir həmçinin xalqdan da qələbə üçün ciddi cəhdlər göstərməsini istəyərək deyib: Biz azadlıq yolu mübarizləriyik. Azadlıq bizim xalqımızın təbii haqqıdır və inşaallah buna nail olacağıq.

Mahir Yunus həmçinin deyib: Sionist rejimin 74 yaşı var. Mənim anam isə 84 yaşındadır. Məhz elə anamın rejimdən yaşlı olması, bizim bu torpaqlarda hüququmuzun olma faktıdır. Biz bu vətəndə qalacağıq. Fələstin və əsirlərimizin azad olacağına ümid edirəm. Mən ötən 40 il ərzində vətənimi görmək arzusu ilə yaşaışam.

Xatırladaq ki, Mahir Yunus 40 il işğalçı sionist rejimin həbsxanasında əsir qaldıqdan sonra azadlığa çıxıb.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir