İsrail mediaları: Netanyahunun “müharibədən sonra” layihəsi yararsızdır









Sionist rejim mediaları baş nazir Benyamin Netanyahunun Qəzzə müharibəsindən sonra üçün nəzərdə tutduğu layihənin yararsız olduğundan yazırlar.
Əl Aləm telekanalının məlumatına əsasən, İsrail politoloqları Netanyahunun  müharibədən sonrakı layihəsi təkcə radikal nazirləri olan Ben Qvir, Smotriç və Batsalilin xoşuna gəlir. 
Fələstin məsələləri üzrə ekspert Mixail Milştayn Yadiut Aharanut qəzetində yazıb: İsraillilərin düşündüyü kimi müharibə o qədər də tez bir zamanda bitməyəcək. Çünki Yəhya Sinvar hələ sağdır, Qəzzə müharibəsi davam edir, Həmasın hərbi strukturu möhkəmdir və şimal bölgələrdə nəzarəti var. Amma Netanyahunun layihəsi Həmas məhv olduqdan sonra keçərlidir.
Haartes baş redaktorunun müavini Noa Landva yazır: Netanyahunun layihəsi “müharibənin bitməsinə 1 gün qalmış” xarakteri daşıyır. Əslində bu layihə reallıqları gizlətmək məqsədi daşıyır, müharibəni idarə etmək sferasındadır və konflikti həll etmək istəməmə hissini bəxş edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur