İnformasiya qaynaqları İsrailn işğal olunmuş Fələstindəki ən böyük Aşdod gəmi limanına dron hücumları olduğundan xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin Əl Məyadinə istinadən verdiyi məlumata əsasən, hücumun detalları barədə hələ dəqiq informasiya verilməyib.
Bundan əvvəl də İraq müqaviməti sionist rejimin Qəzzədə cinayətlərinə etiraz əlaməti olaraq Aşdod limanını hədəfə almışdı.
Qeyd edək ki, qərb ölkələri Qəzzəyə humanitar yardımların çatdırılması üçün Aşdod limanından istifadə edilməsində çox israrlı olduqları üçün ekspertlər bunu İsrailə yardım üçün bəhanə kimi dəyərləndirirlər.
İşğal olunmuş Fələstində səfərdə olan İngiltərənin xarici işlər naziri David Kameron da Aşdod limanı məsələsini İsrail rəsmiləri ilə müzakirə edib.