ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri respublikaçı spiker Kevin Makkartinin istefasına səs veriblər və spiker vəzifəsini müvəqqəti olaraq Patrik Mc.Henri icra edəcək.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Amerika tarixində ilk dəfədir ki, Konqres spikeri vəzifədən kənarlaşdırılır.
Səsvermədə Mc.Karti 216 əleyhinə və 210 lehinə səslə artıq Konqres spikeri olmayacaq. Mc.Karti Amerika tarixində 1876-cı ildən bəri ən qısa spikerlik müddəti (269 gün) yaşayan ilk spikerdir.
Qeyd edək ki, bu petisiya Mett Gets tərəfindən irəli sürülüb. O, Makkartinin demokratlarla güzəştə getməsindən narazı idi və Makkartini Ukraynanı maliyyələşdirmək üçün Baydenlə “gizli sövdələşmə”də ittiham edirdi.
Getz bir neçə ay idi ki, Makkartinin qanuni kənarlaşdırılması barədə təhdidlərlə gündəmdədir. Amma ötən həftə Makkarti ABŞ-ın müvəqqəti büdcəsinin təyini barədə layihəni təsdiqlədikdən sonra bu təhdidlər daha da şiddətlənmişdi.