30 ilin sirli tapıntısı: İnsanları öldürüb basdırdılar, üstündə restoran tikdilər – FOTO

Rusiyanın paytaxtı Moskvanın mərkəzində “Qranatovıy sad” restoranının altından 10-dan çox insanın cəsədinin qalıqları tapılıb. Qalıqların 1990-cı illərdən orada qalmış ola biləcəyi ehtimal edilir.

Sümüklər vaxtilə restoranın olduğu Setunski keçidində iş zamanı aşkar edilib.

İşçilər yeraltı kommunikasiyaları sökərkən 3,5 metr dərinlikdə 10 kəllə sümüyü, 17 fəqərə, 30 qabırğa, onlarla başqa sümük və iki çənə tapıblar.

Restoran sahibləri şübhə altında deyillər. Çünki müəssisə 2012-ci ildə tikilib, bundan əvvəl ərazidə sənaye zonası və dayanacaq olub.

Qalıqlar ekspertizaya göndərilib, müstəntiqlər tədqiqatlara başlayıblar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi