Azərbaycan Fransanın Laçın dəhlizi ilə bağlı şərhinə cavab verib

Azərbaycan Respublikası XİN-i Fransa xarici işlər nazirinin Ermənistanlı həmkarı ilə telefon danışığından sonra Laçın dəhlizinin bağlı olması ilə fikirlərinin əsassız olduğunu elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Azərbaycan XİN-i bəyanat yayaraq elan edib:  
“Guya Laçın yolunun Azərbaycan tərəfindən “blokadada” saxlanıldığı və bunun nəticəsində “erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi” ilə bağlı iddialarla əlaqədar bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın Laçın yolunda vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi öhdəliyinə uyğun olaraq, eləcə də Ermənistan tərəfindən Laçın yolundan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə hallarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin blokada kimi qələmə verilməsi absurddur”.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir