Sionist rejimin baş naziri Ərəbistanla normallaşmayan münasibətlərdən nigarandır

Sionist rejim mediaları baş nazir Netanyahunun Səudiyyə Ərəbistanı ilə nüvə anlaşması müqabilində əlaqələrin normallaşmasından nigaran olduğunu dərc edirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yədiut Aharanut qəzeti bu gün (31 iyul) dərc etdiyi hesabatda Netanyahu başda olmaqla digər rəsmilərin də Ərəbistanla münasibətlərin normallaşması üçün bu ölkədə nüvə stansiyasının inşası ilə razılaşmaq məcburiyyətindən nigaran olduqlarını deyib.

Məlumatda deyilir: Səudiyyə Ərəbistanının Tel Əvivlə əlaqələrini normallaşdırmaq üçün qoyduğu bu şərt İsrail rəsmilərinə ağır gəlir. Çünki Tel Əviv Riyazın uranın zənginləşdirməsi və nüvə stansiyasına sahib olmasını bir növ hərbi təhdid kimi qəbul edir və bundan narahatdır.

Sionistlərin fikrincə yaxın gələcəkdə Riyaz-Tel Əviv arasında diplomatik münasibətlər düzələrsə, Orta Şərqdəki vəziyyət tamamilə dəyişə bilər.

Amma bəzi politoqların fikrincə, Hazırda Səudiyyə Ərəbistanının İsraillə normallaşma üçün heç bir ideoloji və ya dini əks baxışı yoxdur. Əslində, Səudiyyə Ərəbistanı 2020-ci ildə imzalanmış İbrahim Razılaşmalarına qarşı heç bir qınaq mətni dərc etməyib. Səudiyyə Ərəbistanı mediası fələstinlilərin tələblərinin əksinə olaraq normallaşma proseslərini müsbət şəkildə göstərib. Diplomatik münasibətlərin qurulmasının regional sülhə xidmət edəcəyinə dair mediada yayım siyasətləri izlənilib.

Bununla belə, normallaşma prosesinə mane olan bir çox dinamikalar var. Bunlardan birincisi İsrail tərəfindən “paytaxtı Qüds olan Fələstin”in hələ də tam şəkildə dövlət kimi tanınmamasıdır. Digər səbəb isə regional alyans strukturları və balansların dəyişməsidir. Regional gərginlik atmosferinin azalması, xüsusən də Ər Riyaz və Tehran arasında normallaşma Səudiyyə Ərəbistanının İsrailə ehtiyacını azaldır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur