Venezuela prezidenti: Qasim Süleymaniyə böyük hörmətimiz var

Venezuela prezidenti Nicolas Madur prezident İbrahim Rəisi ilə görüşündə Venezuelanın Amerikan imperializminə qarşı mücadele etdiyini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Nicolas Maduro İran ve Venezuela arasındaki əlaqələrin Hugo Chavezin 2001 İran səfərindən sonra daha da güçləndiyini vurğulayaraq deyib: ABŞ-ın Venezuelaya kiberhücumlarına qarşı mübarizədə şəhid general Qasim Süleymaninin böyük rolu var.

N.Maduro həmçinin deyib: 2018-ci il mart-aprel aylarında general Süleymanini yaxından tanıdım. O, ABŞ tərəfindən elekrik stansiyalarımızın hücuma məruz qaldığımız zaman Venezuelaya gəlmişdi. Onun bu qədər yaxşı insan olduğunu gözlərimlə gördüm. Bir az söhbətdən sonra iranlı mütəxəssislərin bizə yardımını təklif etdi və 2-3 ay ərzində bu sahədəki problemlərimiz həll olundu. Ona olan hörmətim çox böyükdür. Biz qəhrəmanlıq simvolu kimi onun büstünü Simon Bolivarın heykəli kənarında qoyacağıq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib