27 düşüncə mərkəzi Ayətullah İbrahim Rəisiyə məktub yazıb

Qafqaztimes xəbər verir ki, xarici siyasət və iqtisadi diplomatiyada fəaliyyət göstərən 27 düşüncə mərkəzi Ayətullah Seyyid İbrahim Rəisiyə göndərdiyi bir məktubda Xarici İşlər Nazirliyində struktur və təşkilati dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.

Xarici siyasət və iqtisadi diplomatiyada bir sıra görkəmli mütəfəkkirlər İranın yeni seçilmiş prezidenti Ayətullah Seyyid İbrahim Rəisiyə yazdığı məktubda bildirmişlər: “İran iqtisadiyyatının stagflyasiya, xarici təzyiqlər və bir çox problemlə qarşılaşdığı mövcud şəraitdə qonşu ölkələrlə ticarət əlaqələrini genişləndirmək, bölgə bazarlarında təsirli iştirak, ölkənin istehsal və ixracat səviyyəsinin yüksəldilməsi ilə yanaşı xarici təzyiqlərin təsirlərini azaltmaq və inkişaf və iqtisadi tərəqqiyə çatmaq üçün zəmin yaradacaqdır.”

Məktubun bir hissəsində deyilir: “Xarici İşlər Nazirliyinin qurumunda struktur və təşkilati bir transformasiya yaratmaq lazımdır, çünki son illərdə ölkənin xarici əlaqələrinin əsas qəyyumu kimi bu nazirlik lazımi səviyyədə işləyə bilməmiş və bəzi daxili nöqsanlara görə lazımi fəaliyyətlər ortaya qoya bilməmişdir.”

Related posts

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Sara Netanyahu mühakimə olunacaq!