Həmas və İslami Cihad rəsmiləri Qahirədə

Fələstin informasiya qaynaqlar HƏMAS və Fələstin İslami Cihad hərəkatı yüksək səviyyəli nümayəndə heyətlərinin Misirin paytaxtı Qahirəyə səfər etdiklərindən xəbər verirlər.
Əl aləm telekanalının Şahab ​​xəbər agentliyinə istinadən yazır: HƏMAS hərəkatı bəyanat yayaraq, bu hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin başçılıq etdiyi nümayəndə heyətinin Misirin dəvəti ilə Qahirəyə səfərini elan edib.
Bəyanatda nümayəndə heyətinin üzvləri Misir hakimiyyəti ilə müxtəlif siyasi və regional məsələlərini müzakirə edəcəklər.
Qrupun nümayəndə heyəti HƏMAS-ın siyasi ofisinin rəhbərinin müavini Saleh əl-Aruri, HƏMAS-ın xaricdəki rəhbəri Xalid Məşəl, həmçinin bu hərəkatın siyasi ofisinin iki üzvü Xəlil əl-Hiya və Ruhi Məştahidən ibarətdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib