Əmmər əl-Zəbn, 50 yaşlı yazıçı və Qəssam Briqadalarının komandirlərindən biri olaraq Qərb Sahilinin şimalında yerləşən Nablus şəhərində yaşayır.
O, 1997-ci ildə yoldaşları ilə birlikdə 5 istişhad hücumuna rəhbərlik etdi ki, bunlardan 3-ü işğal olunmuş Qüdsdəki “Mahaney Yehuda” bazarında baş verdi və 27 sionist məskunlaşanın ölümünə və 300 nəfərin yaralanmasına səbəb oldu.
1998-ci ildə işğalçı rejim tərəfindən həbs edildi və 27 dəfə ömürlük həbs cəzasına məhkum edildi. Bu müddətin 26 ilini həbsdə keçirdi.
O, həbsxanada “qaçaq nütfə” təcrübəsini yaşayan ilk fələstinli oldu və 2012-ci ildə indi 13 yaşında olan “Mühənd” adlı övladının atası oldu. Daha sonra 2014-cü ildə ikinci oğlu “Səlahəddin” dünyaya gəldi.
Həbs müddətində siyasi elmlər üzrə bakalavr dərəcəsini aldı, daha sonra 2022-ci ildə Qüds Universitetindən magistr dərəcəsini qazandı və doktorantura səviyyəsində təhsilini davam etdirdi.
Qafqaztimes