Sionist rejimin yeni qəsəbəsalma layihəsi

Sionist rejim qəsəbəsalma komitəsi işğal olunmuş Qüdsdə 2969 mənzilli yeni qəsəbə salınacağından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin bu təhlükəli layihəsi işğal olunmuş Qüdsü İordan çayının qərb sahilindən ayırmaq məqsədi ilə icra olunacaq.

Fələstinli ekspertlərin proqnozuna görə İsrail rejimi gələcəkdə Fələstinin əksər torpaqlarının işğalına hazırlaşır. Bu isə fələstinlilər üçün böyük təhlükə olması deməkdir.

Məlumata görə bu qəsəbənin salınmasında digər bir məqsəd isə fələstinlilərin yaşadığı əraziləri bir-birindən ayırmaq, sonra isə İordan çayının qərb sahilini inzivaya saldıqdan sonra tək-tək işğal etməkdir.

Həmçinin Fələstinin tarixi tikililərini məhv etməkdir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir