880 yəmənli məhbusun mübadiləsi haqda razılaşma hasil oldu

BMT və Qırmızı Xaç Cəmiyyətinin nəzarəti altında İsveçrədə keçirilən müzakirələrdən sonra həbsdə olan 880 Yəmən vətəndaşın mübadiləsi haqda razılıq əldə edilib.

Məlumatda deyilir: Yəmən dövləti həbsdə olan 706 vətəndaşının əvəzinə tərkibində 15 səudiyyəli, 3 sudanlı və digər 181 məhbusu azad edəcək. Amma bu razılıq hələ rəsmi surətdə təsdiqlənməyib.

Ekspertlərin fikrincə bu razılıq Yəmən münaqişəsinin birdəfəlik həlli istiqamətində ilk addım ola bilər.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən hərbi dəstəklənən Yəmən hökuməti və Husi üsyançıları keçmişdə ara-sıra məhbus mübadiləsi həyata keçirib.

Yəməndəki münaqişə 2014-cü ildən, keçmiş prezident Əli Abdullah Salehə sadiq qüvvələrlə birlikdə husilərin paytaxt Səna da daxil olmaqla, ölkənin çox hissəsini ələ keçirməsindən bəri davam edir.

Yəmən bu gün dünyanın ən pis humanitar böhranının vətənidir. Hesablamalara görə, 22.2 milyondan çox insanın və ya əhalinin 75 faizinin humanitar yardıma ehtiyacı var. Münaqişə milyonlarla insanı evlərindən didərgin salıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya