İsrail cinayətləri sona çatmır

Fələstin Səhiyyə Nazirliyi atılmış raketin nəticəsində 10 fələstinlinin şəhid olmasından xəbər verib.

Əl-Aləm telekanalının çərşənbə günündə verilən məlumatına əsasən, sionist rejim hərbçilərinin bu raket hücumunda 102 nəfər də yaralanıb. Hadisə Qəzzə zolağı ətrafında baş verib.

Fələstin informasiya qaynaqları sionist rejim müdialarına istinadla yazır: İşğalçı rejimin “dəmir qübbə”ləri Qəzzə zolağında fövqəladə vəziyyətdədir.

Qeyd edək ki, son zamanlar sionist rejim hərbçiləri ilə fələstinli müqavimət qrupları arasında gərgin toqquşmalar baş verir. Fələstinlilər hərbi texnika və sursatla təmin edildiyi üçün ötən illərə nisbətən daha aktiv və strateji hücumlarla sionist rejim hərbçiləri ilə qarşılaşırlar.

Qəsbkar rejimin baş naziri Benyamin Netanyahunun yeni iş başına gəlməsindən sonra isə radikal qərarları ilə təkcə fələstinliləri deyil, hətta İsrailin sionist və yəhudi ictimaiyyətini hiddətə gətirib. Ədliyyə islahatları adlı yeni layihəsi isə milyonluq aksiyaların təşkilinə səbəb olub. Ölkədə daxili müharibə qorxusu yaşayan eks-rəsmilər isə davamlı surətdə xəbərdarlıqlar edirlər.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir