22 Bəhmən: Şah getməli idi!

QafqazTimes.com FNA-a istinadən xəbər verir: İran şahı Məhəmmədrza Pəhləvi Amerikanın, İngiltərənin tapşırıqlarını yerinə yetirirdi. Təbii ki, bu tapşırıqlar İran xalqının yox, Amerika və İngiltərənin mənafelərinə hesablanırdı. Məşhur torpaq islahatına “Kennedi torpaq islahatı” da deyilir. Kennedi şaha demişdi ki, əgər torpaq kəndliyə verilsə, o torpaq sahibi olar və kommunist olmaq təhlükəsi aradan qalxar. Əslində torpaq islahatından sonra kənd təsərrüfatına ayrılan pullar sənayeyə yönəldildi. Nəticədə, öz torpağını becərə bilməyən kəndlilər iş dalınca şəhərlərə  axışdılar. Neft pulları Amerika və İngiltərə şirkətləri ilə həmkarlığa xərclənirdi. İslam İnqilabından iki il qabaqkı statistikaya əsasən son beş ildə 2 milyon 700 min nəfər Tehrana mühacirət olmuşdu. Kənd təsərrüfatı, kəndli acınacaqlı vəziyyətdə idi. Artıq kən təsərrüfatı ölkənin ehtiyaclarını təmin edə bilmirdi. İldə Amerikadan 2 milyon ton buğda gətirilirdi. Ət istehsalı o qədər azalmışdı ki, Avstraliya və Argentinadan donmuş ət idxal edilirdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib