22 Bəhmən: İran xalqı aclıq çəkirdi

QafqazTimes.com İribnews-a istinadən xəbər verir: Əksər inqilabların əsas səbəblərindən biri iqtisadi böhrandır. İran İslam İnqilabı ideoloji inqilab olsa da, xalqın ağır iqtisadi durumu təsirsiz deyildi. Amerika və Qərb başçıları ilə eyş-işrət məclislərindən məst şahın xalqın aclıq çəkməsi maraqlandırmırdı. Siyasi təhlilçilər 1340-1357-ci illəri “Neft diktaturası dövrü” adlandırır. 1349-1350-ci illərdə İranın neft gəliri 1 milyard 200 milyon dollar olub. Bu rəqəm 1353-1356-cı illərdə 38 milyarda qədər artmışdı. Şah bu pulun bir hissəsini modern İran qurmaq xəyallarına xərcləyirdi. Ölkənin taleyi bir nəfərin əlində idi, bütün qərarlar şaha məxsus idi. Qazancın əsas hissəsi şahın xarici ağalarının cibinə gedirdi – silah alınırdı. Şahın ağ inqilab planları ona yaxın olmağa çalışan yaltaqlar ordusu yaratmışdı. Kiçik bir qrup daha da varlanır, sadə xalq səfalətə sürükləmirdi. Sənayeləşmə şüarları altında kənd təsərrüfatı məhv olur, kəndlilər bir parça çörək üçün şəhərə axışırdılar. İqtisadi böhran yaradan əsas səbəblərdən biri şaha yaxın çevrənin ölkəni talaması idi. Şah özü “Tarixə cavab” kitabında yazır ki, şahlığın süqutunun əsas səbəblərindən biri onun çevrəsinin talançılığı olub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib