22 Bəhmən: İran şahının siyasi səhvləri

QafqazTimes.com İSNA-ya istinadən xəbər verir: Bir ölkədə inqilab baş verirsə, inqilab qığılcımını doğuran səbəblər var. İranda 2500 illik şah rejiminin devrilməsinin də belə səbəbləri var.

Pəhləvi rejimi qərbpərəst siyasət yürüdür, Amerikaya əlaltılıq edir, xalqın şiə kimliyinə zidd gedirdi. İran şahı xarici qüvvələrə o qədər bağlı idi ki, onu dindarlar da, sekulyarlar da, millətçilər də xəyanətkar sayırdı.

Müxaliflərə qarşı amansızlıq, SAVAK kimi təhlükəsizlik qüvvələrinin müxaliflərə qarşı cəlladlıq etməsi rejimi gözdən salmışdı. 1342-ci il 15 xordad qiyamının amansızlıqla yatırılması, İmam Xomeyninin sürgün edilməsi diktaturanın güclənməsindən başqa şey şey deyildi.

Pəhləvi rejiminin səhvlərindən biri Amerikanın diktəsi altında İsraillə dostluq idi. İran nadir müsəlman ölkəsi idi ki, bu ölkədə İsrailin səfriliyi fəaliyyət göstərirdi. Bu siyasət İranı ərəb ölkələrinin də düşmən münasibəti ilə üzləşdirmişdi. Mühüm nöqtələrdən biri şahın xaricdə dayaq axtarması idi. Amma qərb özü də şaha münasibərini dəyişmişdi. Şahın ictimai nüfuzunun zəifləməsi onun istifadə müddətinin başa çatdığını göstərirdi.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur