21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

Mütləq böyük ruhu və imanı olan insanlarla əlaqə saxlamalısan. Bu həyatında böyük bərəkətlərə səbəb olacaq. Çətinliklər səni xoşbəxtliyə doğru hərəkətə gətirmək üçündür. Tək lazım olan şey ruhunun gücünü artırmaqdı. Böyüklər buyurur ki, ruhun gücü bəs qədər olsa, insanın bacarmadığı heç bir şey yoxdu. Bu yolda sabitqədəm olsan qarşıda çox gözəl günlər səni gözləyir. Elə bir günlər ki, ona görə hər bir əziyyəti çəkməyə razı olarsan. Unutma ki, həyatda səni aldatmağa çalışan çox rəqiblərin var. Güclü olmaq üçün mütləq böyük ruhu və imanı olan insanlarla əlaqə saxlamalısan. Bu həyatında böyük bərəkətlərə səbəb olacaq.

Falın orjinalı:

Qafqaztimesin təqdim etdiyi hər gün üçün yeni bir falın yüzlərlə insana aid olması haqda isə bilməliyik ki, eyni bir söz hər kəsin zehnində və həyatında fərqli mənalar daşıya bilər. Əslində eyni bir fal hər kəs üçün fərqlidir. Bu faldan məqsəd həyatda daha ümidvar, şad olmağımız və ruh yüksəkliyi əldə etməyimiz üçün Allahdan Hafiz falı vasitəi ilə bir müjdə almağımızdır.

Hafiz falı haqda

Şərqin ən dərin mənalı şerlərinə sahib olan şair Hafiz Şirazinin divanı ilə fal açmaq əsrlərdir davam edir. Lakin Hafiz falı digər əsassız fallardan fərqlənir. Belə ki, bu bir çox böyük alimlərin istifadə etdikləri fal olub.

Bu barədə nümunə üçün məşhur şair Məhəmməd Hüseyn Şəhriyarın maraqlı əhvalatını nəql edirik:
Şəhriyarın əsl adı Məhəmməd Hüseyn Bəhcət Təbrizidir. O, əvvəlcə şeirlərini “Bəhcət” adı ilə nəşr etdirib və təxəllüs seçmək üçün Hafiz Şirazinin “Divan”ı ilə fal açıb və aşağıdakı beytlə rastalşıb:

دوام عمر و ملک او بخواه از لطف حق حافظ

که چرخ این سکه دولت به نام شهریاران زد

“Ki fələk dövlət sikkəsini şəhriyarların adına edir”

Lakin şerdəki şəhriyar sözünün onun üçün münasib təxəllüs olacağına inanmayıb və yenidən Hafizin divanı ilə fal açır və bu dəfə də aşağıdakı misra ilə rastlaşır:

به شهر خود روم و شهریار خود باشم

“Öz şəhərimə gedib Şəhriyarım olum”. Yenidən şəhriyar sözü ilə rastlaşandan sonra özünə Şəhriyar təxəllüsünü götürür.

Şəhriyar ömrü boyu Hafizə aşiq olub

Hər günün Hafiz falını oxumaq və ümidlə həyata davam etmək üçün Qafqaztimes saytının maraq dünyası bölməsinə müracət edə bilərsiniz

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?

3 şərhlər

hornyxxx.win/hornyvid2074044513 Oktyabr 13, 2024 - 4:36 axşam

Do youu mind if I quote a couple of ykur posts ass long aas I provikde credit and sources back tto yiur website?
My wensite is in thhe very sasme niche ass yours and myy
viitors would definitely benedfit from som oof thee information yoou present here.

Pleaze llet mme khow iif this allright wih you.
Thanks a lot!

boqhkmvorx Noyabr 18, 2024 - 5:26 səhər

Muchas gracias. ?Como puedo iniciar sesion?

Add Comment