Təbrizdəki konsulluğun fəaliyyəti davam edəcək

İran XİN sözçüsü deyib: Azərbaycan Respublikasının Təbrizdəki konsulluq şöbəsi fəaliyyətinin İran tərəfdən heç bir maneəsi yoxdur.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani Təbrizə səfəri zamanı İran İslam Respublikasının qonşu ölkələrlə xarici siyasətləri barədə deyib: İranın qonşu ölkələrlə münasibəti əlaqələrin qorunması və əməkdaşlıqların genişlənməsi prinsipi üzərində qurulub.

N.Kənani həmçinin deyib: Azərbaycan Respublikasının Təbriz şəhərindəki konsulluq şöbəsi fəaliyyətini davam etdirəcək və qarşıya çıxmış anlaşılmazlıqlar tezliklə aradan qaldırılacaq. Çünki bizim əsas məqsədimiz əlaqələrin qorunub saxlanılmasıdır.

Xatırladaq ki,  27 yanvar, cümə günü əsillikcə urmiyalı olan orta yaşlı bir kişinin öz həyat yoldaşının Azərbayacan səfirliyində olduğu iddiasıyla oraya hücum edib. O, Azərbaycan səfirliyinin baş mühafizini öldürüb və iki nəfər əməkdaşı da yaralamışdı. Bu hadisədən sonra Azərbaycan Tehran səfirliyinin bağlanılması qərarını vermişdi.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır