21 yaşlı qızın mətbəxinə “bomba” atdılar: Qisası ağır oldu – FOTO/VİDEO

Rusiyanın Çelyabinsk şəhərində 21 yaşlı ev sahibəsi mətbəxinə “tüstü bombası” atdıqları üçün qonaqlarının üzərinə qaynar su töküb.

Hadisə qızın mənzilində təşkil olunan şənlik zamanı baş verib. Ev sahibəsi olan Vika adlı qız hər kəs üçün qarabaşaq yarması bişirmək istəyib, bu zaman qonaqlar onunla zarafat etmək və mətbəxinə “tüstü bombası” atmaq qərarına gəliblər. Lakin zarafatın sonu yaxşı bitməyib. Belə ki, bu hərəkətdən əsəbiləşən qız zarafat edən əsas səbəbkarın üzərinə qaynar su atıb.

Nəticədə Ruslan adlı oğlan ikinci dərəcəli yanıq xəsarəti alıb və bütün bədəni qabarcıqlarla örtülüb. Hazırda evdə müalicə alır.

Lakin zərərçəkən oğlan mənzil sahibi qızın əleyhinə şikayət ərizəsi yazmayacağını deyib. O, bildirib ki, qız özünü düzəldəcək və bir daha belə davranmayacaq.

Ruslan həmçinin qeyd edib ki, bu “cəza”nı səbəbsiz yerə alıb, çünki “tüstü bombası”nı atan şəxs özü olmayıb. O, Vikanın təşkil etdiyi şənlikdə ilk dəfə olduğunu və bəyənmədiyini də nəzərə çatdırıb.

Vika isə peşman olduğunu, Ruslandan üzr istədiyini, etdiyi hərəkətə görə utandığını və baş verənlərdən qorxduğunu dilə gətirib.

Bu hadisədən bir qədər əvvəl isə qonşular evə gələrək onlardan səssiz olmalarını xahiş edib, lakin evdəkilər qonşuların sözünə qulaq asmayaraq qovublar. Bundan sonra evə polis gəlib və səssizliyi pozduğuna görə qızı cərimələyib.

Hazırda isə baş verən hadisə ilə bağlı araşdırma aparılır.

https://baku.tv/embed/115583

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)