2024-cü ilin ən yaxşı elektrik avtomobillərinin reytinqi açıqlanıb: SİYAHI – FOTO

Avtomobillərin keyfiyyətinin yeni reytinqini dərc edib. Bu dəfə mütəxəssislər 2024-cü ilin ən yaxşı elektrik avtomobillərini müəyyən ediblər.

Test edilən 50 elektromobildən yalnız 14-ü tövsiyə edilənlər siyahısına daxil olub. Onların arasında 2024-cü ilin həm kütləvi, həm də premium elektrik avtomobilləri var və siyahının əsas lider mövqelərində “Hyundai-KIA” konserninə məxsus avtomobillər yer alıb.

Reytinqdə mütləq qalib 100 mümkün baldan 98 xal toplayan “KIA EV9” elektrik krossoveri olub. Bu reytinqdə ikinci yeri premium elektrik krossoveri seqmentinin qalibi “BMW iX” tutub.

2024-cü ilin ən yaxşı premium elektrik krossoverləri:

1. “BMW iX” – 84 xal;

2. “Genesis GV60” – 75;

3. “Lexus RZ” – 74;

4. “Audi Q4 e-tron” – 71;

5. “Audi Q8 e-tron” – 70.

Kütləvi elektrik krossoverləri arasında lider “Tesla Model Y”ı “KIA EV6” qabaqlayıb.

2024-cü ilin ən yaxşı elektrik krossoverləri:

1. “KIA EV6” – 77 xal;

2. “Tesla Model Y” – 72;

3. “KIA Niro Electric” – 71;

4. “Nissan Ariya” – 70;

5. “Ford Mustang Mach-E” – 70.

Kütləvi istehsal edilən minik elektrik avtomobilləri arasında “Hyundai Ioniq 6” (83 xal), premium avtomobillər arasında isə “BMW i4” (83 xal) və “Porsche Taycan” (76 xal) qeyd edilib.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

2 şərhlər

먹튀검증 İyul 25, 2024 - 12:45 səhər
sitemap Sentyabr 4, 2024 - 4:54 axşam

An outstading share! I havee juat forwarded this onto a colleague whho haad ben doing a little homework on this.

And he aactually bought mee breakfast ecause I sgumbled
upon itt for him… lol. So allow mee to reword this…. Thanks ffor
the meal!! Buut yeah, thanx forr pending thee
tjme too talk abojt thos toic here onn yoyr
site.

Add Comment