20 yaşlı fələstinli şəhid dəfn olundu

Sionist qəsəbə sakininin gülləsi ilə şəhid olan 20 yaşlı fələstinli Diyar Omri dəfn olundu.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, ötən həftənin şənbə günü işğal olunmuş ərazilərin Səndələ adlı sionist qəsəbəsində şəhid olmuş Diyar Omrinin dəfn mərasimində yüzlərlə nəfər iştirak edib.

Mərasimdə iştirak edən fələstinlilər əllərində anti-sionist şüarlı plakatlar tutaraq saxtakat rejimlə müxalif olduqlarını elan ediblər.

Fələstin İslami Müqavimət Hərəkatı Həmas bir bəyanat yayımlayaraq şəhidin ailəsi və bütün xalqa başsağlığı verərək elan edib: Qəhrəman Fələstin xalqı sionist rejim cinayətlərini cavabsız qoymayacaq və şəhid Omri və onun kimi digər qəhrəman şəhidlərin qanının intiqamını alacaq. Sionist rejim bu təcavüzlərinin ona baha başa gələcəyinə əmin olsun.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur