20 ton zibilin arasından üzük axtardılar: ABŞ-da unikal hadisə – FOTO

İşçilər itirilmiş nikah üzüyünü tapmaq üçün 20 ton zibilin arasında axtarış aparıblar.

Bu barədə Nyu-Hempşirdə təkrar emal zavodunun sözçüsü bildirib.

Onun sözlərinə görə, yerli siyasətçilərdən biri ona zəng edib və təsadüfən toy üzüyünü atmış sakinlə danışmasını istəyib.

Qadın zavod sözçüsünə ərinin zibilləri nə vaxt atdığını və zibil torbasında daha nələrin olduğunu deyib.

Fəhlələr təxminən 20 tona yaxın zibilləri çeşidləməli olublar. Nəhayət axtarışlara başlandıqdan iki saat sonra üzük tapılıb. Zinət əşyası təmizlənib və sahibinə qaytarılıb.

Daha sonra zavod işçiləri nadir də olsa, belə halların baş verdiyini bildiriblər. İki il ərzində itirilmiş üzüklərlə bağlı cəmi üç hadisə baş verib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi