20 min il öncə yapışqandan istifad edilməsi sübut olundu – FOTO

İspaniyanın iki universitetinin alimləri müəyyən ediblər ki, 20 min il əvvəl qədim insanlar ox tutacaqlarına daş əlavələr yapışdırmaq üçün yapışqandan istifadə ediblər.

Tapıntı İspaniyada yerləşən El Buş mağarasında aşkar olunub.

Mağarada qədim sənət əsərləri, o cümlədən at və maral kimi heyvanların təsvirləri, eləcə də qədim ov tələlərinin erkən təsvirləri olan həndəsi fiqurlar tapılıb.

Həmçinin, ərazidə qədim alətlər, o cümlədən çaxmaq daşı və kvarsitdən hazırlanmış kəsiklər də aşkar edilib. Buradan tapılan heyvan sümüklərinin tədqiqi göstərir ki, mağaradan yazda gənc maralların, eləcə də keçilərin mövsümi ovlanması üçün istifadə olunub.

İnfraqırmızı mikroskopdan istifadə etməklə ox başlıqlarının təhlili sübut edib ki, qədim ovçular ox millərinə ucluqları yapışdırmaq üçün şam qətranı və bal mumu qarışığından yapışqan kimi istifadə ediblər.

Tədqiqatçıların fikrincə, bu, yapışqanın istifadəsinin ən qədim sübutudur.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi