2 milyard dollarlıq bilet udan şəxs oğurluqda ittiham olunur – FOTO

Kaliforniyada 2,04 milyard dollarlıq “Powerball” cekpotunun qalibi açıqlanandan qısa müddət sonra başqa bir şəxs uduşu mübahisələndirərək biletin ondan oğurlandığını iddia edib və məhkəməyə üz tutub.

Xose Rivera 7 noyabr 2022-ci ildə Altadenadakı xidmət mərkəzindən uduşlu bilet aldığını, lakin elə həmin gün biletin oğurlandığını açıqlayıb.

İddiada qeyd olunur ki, bileti Recci adlı şəxs oğurlayıb.

Rivera iddia edib ki, kişi hələ uduş açıqlanmamışdan öncə ona deyib ki, əgər bilet qalib gəlsə, yalnız mükafatı 50-50-yə bölmək şərti ilə onu qaytaracaq. Lakin Rivera bununla razılaşmayaraq cinayət barədə hüquq-mühafizə orqanlarına xəbər verib.

Rivera Edvin Kastronun uduşlu bileti rəsmən almasına baxmayaraq, zərərin ödənilməsini və qalib kimi tanınmasını xahiş edir.

Lotereya oyunçuları arasında cinayət fəaliyyətini araşdırmaq səlahiyyətinin olmadığını və iddiaların yalnız hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı olduğunu bəyan edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi