18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

Xeyirxahlığın günəşi doğur və bu, çox bərəkətlidir və xoşbəxtlik gətirir. Şirin şeylər olacaq. Siz hər şeylə barışacaqsınız. Nitqinizin tonunu daha gözəl edin.

Hara gedirsən, nəyə üz tutursan çətinliklə üzləşirsənsə nigaran olma. Çətinlikdən, dərddən qurtarmağın yolu bu sözdədir: “Hər kimin dərdi Allah olsa, onun başqa dərdi olmaz.” Səni yaradan buyurur ki, bütün verdiyim nemətlər qarşısında bircə şey istəyirəm: “Məni axtar və tanı!” Odur ki, bu işi görməyincə, nemətlər azalacaq. Bəzi Allahsız insanlar zahirdə xoşbəxt görünə bilərlər. lakin onların daxlində xoşbəxtlikdən əsər-əlamət yoxdur. Onlar kökündən kəsilmiş yaşıl ağaca bənzəyirlər ki, hələ bir müddət baxanlar onun yaşıl yarpaqlarını və üzərindəki meyvələri görürlər. lakin unudublar ki, o qısa müddət sonra quruyacaq.

Falın orjinalı:

Qafqaztimesin təqdim etdiyi hər gün üçün yeni bir falın yüzlərlə insana aid olması haqda isə bilməliyik ki, eyni bir söz hər kəsin zehnində və həyatında fərqli mənalar daşıya bilər. Əslində eyni bir fal hər kəs üçün fərqlidir. Bu faldan məqsəd həyatda daha ümidvar, şad olmağımız və ruh yüksəkliyi əldə etməyimiz üçün Allahdan Hafiz falı vasitəi ilə bir müjdə almağımızdır.

Hafiz falı haqda

Şərqin ən dərin mənalı şerlərinə sahib olan şair Hafiz Şirazinin divanı ilə fal açmaq əsrlərdir davam edir. Lakin Hafiz falı digər əsassız fallardan fərqlənir. Belə ki, bu bir çox böyük alimlərin istifadə etdikləri fal olub.

Bu barədə nümunə üçün məşhur şair Məhəmməd Hüseyn Şəhriyarın maraqlı əhvalatını nəql edirik:
Şəhriyarın əsl adı Məhəmməd Hüseyn Bəhcət Təbrizidir. O, əvvəlcə şeirlərini “Bəhcət” adı ilə nəşr etdirib və təxəllüs seçmək üçün Hafiz Şirazinin “Divan”ı ilə fal açıb və aşağıdakı beytlə rastalşıb:

دوام عمر و ملک او بخواه از لطف حق حافظ

که چرخ این سکه دولت به نام شهریاران زد

“Ki fələk dövlət sikkəsini şəhriyarların adına edir”

Lakin şerdəki şəhriyar sözünün onun üçün münasib təxəllüs olacağına inanmayıb və yenidən Hafizin divanı ilə fal açır və bu dəfə də aşağıdakı misra ilə rastlaşır:

به شهر خود روم و شهریار خود باشم

“Öz şəhərimə gedib Şəhriyarım olum”. Yenidən şəhriyar sözü ilə rastlaşandan sonra özünə Şəhriyar təxəllüsünü götürür.

Şəhriyar ömrü boyu Hafizə aşiq olub

Hər günün Hafiz falını oxumaq və ümidlə həyata davam etmək üçün Qafqaztimes saytının maraq dünyası bölməsinə müracət edə bilərsiniz

Related posts

İsrailə ağır zərbə

Netanyahu: Husilər bizə hücumun əvəzini ağır ödəyəcəklər

Yəmən Təl-əvivin mərkəzini raketlə vurdu-video

1 şərh

eco-flow Avqust 19, 2024 - 1:42 axşam

Your writing is like a breath of fresh air in the often stale world of online content. Your unique perspective and engaging style set you apart from the crowd. Thank you for sharing your talents with us.

Add Comment