16 ildir ac-susuz yaşayan qadın ana olub – FOTO

Efiopiyalı qadın son 16 il ərzində heç nə yemədiyini və içmədiyini iddia edir.

Məlumata görə, söhbət bir anda yemək ehtiyacını itirən Muluvork Ambraudan gedir.

O, bunu 10 yaşında hiss edib. Yeyə bildiyi son qida isə qırmızı mərci şorbası olub.

Qadının vaxtının çox hissəsini həyət-bacaya sərf edir, çoxlu tərəvəzlər yetişdirir. Özü yemək yeməsə də, bişirməyi çox sevir və heç vaxt aclıq hiss etmir.

Muluvork uzun müddət efiopiyalı həkimlər tərəfindən müayinə olunub, lakin üç illik müxtəlif testlərdən sonra onun sağlamlığının mükəmməl olduğu təsdiqlənib.

Qadının psixi durumu normaldır. Hamiləlik zamanı ona qlükoza verilib və Muluvork sağlam övlad dünyaya gətirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi