Həcc zəvvarlarına müraciət

Ali Məqamlı Rəhbər Ayətullah Xamenei Kəbə evi zəvvarlarına müraciət ünvanlayıb. Müraciətdə buyurulur:

Müsəlmanların vəhdəti həccin iki əsas sütunundan biridir. (Vəhdət) Zikr və mənəviyyatla yanaşı olsa, İslam ümmətini izzət və səadət zirvəsinə qaldıra bilər.

Müsəlman millətlərin düşmənləri son dövrlərdə müsəlman xalqlar arasında vəhdət və mənəviyyat kimi iki iksiri zəifləşdirmək üçün çox təlaş göstəriblər.

Müsəlmanların düşmənləri mənəviyyatın sonu olan və maddiyatçılıqdan doğan qərb həyat tərzini yaymaqla mənəviyyatı gözdən salırlar. Onlar dil, dəri rəngi, soy, coğrafiya kimi təfriqə amillərini yaymaqla vəhdəti səhnədən çıxarırlar.

Bu gün liberalizm və kommunizm qərb mədəniyyətinin töhfəsi olaraq artıq yüz il qabaqkı cazibəyə malik deyildir. Qərbin pul yönümlü demokratiyasının heysiyyəti ciddi suallarla üz-üzədir. Qərb mütəfəkkirləri etiraf edirlər ki, mənəviyyat böhranına düçar olublar.

İslam oyanışı İslam dünyasında möcüzəli hadisə yaradıb və imperialist güclər bu hadisə qarşısında problem yaşayır. Bu hadisə müqavimət adlanır, onun mahiyyəti iman və təvəkkül gücünün yenilənməsidir.

Fələstin, müqavimət hadisəsinin özünü göstərdiyi səhnələrdəndir ki, sionist rejimi hücum mövqeyindən müdafiə mövqeyinə gətirə bilib, onu problemlərlə üzbəüz qoyub. Müqavimətin parlaq nümunələrini Livan, İraq, Yəməndə görmək olar.

İslam dünyasını oyanış və səadət yolundan uzaqlaşdırmaq üçün Amerika informasiya imperatorluğu, müharibə alovu şölələndirmək, təhdid və tamaha salmaq kimi yollara əl atır. Sionist rejim də bu alətlərdən biridir.

İmperialist qərb bizim regionda və son vaxtlar bütün düyada zəifləyib. Amerika və onun əlbir olduğu cinayətkar sionizmin uğursuzluğunu Fələstin, Livan, Suriya, İraq, Yəmən, Əfqanıstan hadisələrində müşahidə etmək olar.


Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib