Sizə hər şeyi geri qaytarmaq üçün fürsət verilib. Bəzən bəzi şeylərin bitdiyini və artıq heç bir çarə olmadığını düşünürsünüz. lakin unutmayın ki Allah üçün mümkünsüz heç nə yoxdur. O sizə kömək etmək üçün intizardadır və bir bəhanə axtarır. Sadəcə siz də əməllərinizlə özünüzü doğrultmalısınız. Özünüzü düzəltsəniz hər şey düzələcək. Özünüzü yaxşıya doğru dəyişmək üçün Allahdan kömək istəyin. Zaman pis və çətin tərəflərini bir kənara qoyub sizə yaxşı tərəflərini göstəcək. Siz də həyatınızda kifayət qədər təcrübə qazanmısınız və müdrikləşmisiniz. Siz dəyərli bir şey axtarırsınız və onu tapacaqsınız. Bundan sonra zəncirlər qırılacaq və siz azad olacaqsınız və hədəflərinizə çatmağa çalışmaq imkanınız olacaq. Allahın nemətlərinə şükür edin.
Falın orjinalı:
Qafqaztimesin təqdim etdiyi hər gün üçün yeni bir falın yüzlərlə insana aid olması haqda isə bilməliyik ki, eyni bir söz hər kəsin zehnində və həyatında fərqli mənalar daşıya bilər. Əslində eyni bir fal hər kəs üçün fərqlidir. Bu faldan məqsəd həyatda daha ümidvar, şad olmağımız və ruh yüksəkliyi əldə etməyimiz üçün Allahdan Hafiz falı vasitəi ilə bir müjdə almağımızdır.
Hafiz falı haqda
Şərqin ən dərin mənalı şerlərinə sahib olan şair Hafiz Şirazinin divanı ilə fal açmaq əsrlərdir davam edir. Lakin Hafiz falı digər əsassız fallardan fərqlənir. Belə ki, bu bir çox böyük alimlərin istifadə etdikləri fal olub.
Bu barədə nümunə üçün məşhur şair Məhəmməd Hüseyn Şəhriyarın maraqlı əhvalatını nəql edirik:
Şəhriyarın əsl adı Məhəmməd Hüseyn Bəhcət Təbrizidir. O, əvvəlcə şeirlərini “Bəhcət” adı ilə nəşr etdirib və təxəllüs seçmək üçün Hafiz Şirazinin “Divan”ı ilə fal açıb və aşağıdakı beytlə rastalşıb:
دوام عمر و ملک او بخواه از لطف حق حافظ
که چرخ این سکه دولت به نام شهریاران زد
“Ki fələk dövlət sikkəsini şəhriyarların adına edir”
Lakin şerdəki şəhriyar sözünün onun üçün münasib təxəllüs olacağına inanmayıb və yenidən Hafizin divanı ilə fal açır və bu dəfə də aşağıdakı misra ilə rastlaşır:
به شهر خود روم و شهریار خود باشم
“Öz şəhərimə gedib Şəhriyarım olum”. Yenidən şəhriyar sözü ilə rastlaşandan sonra özünə Şəhriyar təxəllüsünü götürür.
Şəhriyar ömrü boyu Hafizə aşiq olub
Hər günün Hafiz falını oxumaq və ümidlə həyata davam etmək üçün Qafqaztimes saytının maraq dünyası bölməsinə müracət edə bilərsiniz
11 şərhlər
Hi my family member I want to say that this post is awesome nice written and come with approximately all significant infos I would like to peer extra posts like this
1fuwpt
24glfk
122vzb
Muchas gracias. ?Como puedo iniciar sesion?
spt5d0
53qxi1
34zf3j
This info iis worth everyone’s attention. Whhen ccan I finjd out more?
wycd36
p3wbda